“ACG” MMC dəmir yollarının layihələndirilməsi və tikintisinə nəzarət üzrə işləri həyata keçirir. Şirkət, həmçinin dəmir yol nişanlarının və ölçmə işlərində istifadə olunan geodezik nöqtələrin quraşdırılması işlərini icra edib. Yerinə yetirilən layihələrin keyfiyyətli olması və vaxtında təqdim olunması yeni layihələrə yol açmışdır və mövcud layihələrdə uğurlu nəticələr əldə edilməkdədir.
Dəmir yol layihəsi, ölçmə, tədqiqat və sınaq işləri, torpaqların alınması və köçürülmə üzrə tədbirlər planının hazırlanması və Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Hesabatının hazırlanması şirkət tərəfindən yüksək keyfiyyətlə və müasir tələblərə uyğun həyata keçirilir.
Tikinti işlərinə texniki nəzarətin həyata keçirilməsi, Biləcəri və Gəncədə lokomotivlərə texniki xidmət üçün deponun layihələndirilməsi və avadanlıqların quraşdırılması üzrə işlər davam etdirilməkdədir.
Şimal-Cənub dəmir yolu dəhlizinin Biləcəri-Yalama (192 km) hissəsinin dartı yarımstansiyalarının, kontakt şəbəkənin, dartı sisteminin sabit cərəyandan dəyişən cərəyana keçidi üçün işarəvermə və rabitə sisteminin yenilənməsi məqsədi ilə tikintiyə texniki nəzarət xidməti göstərilir, eləcə də dəmir yolunun yenidən qurulması layihəsinin tikintisinə texniki nəzarət həyata keçirilir.
ACG MMC tərəfindən dəmir yollarının layihəsi yüksək keyfiyyətlə həyata keçirilir. Layihə çərivəsində mühəndis axtarış işləri, alternativlərin müqayisəsi və yeni yol oxunun seçilməsi, iqtisadi əsaslandırma hesabatı, ərazinin topoqrafiyası və geologiya işləinin aparılması, ətraf mühitin mühafizəsi, sosial və köçürmələr üzrə hesabatın hazırlanması, sünii qurğuların layihələndirilməsi və digər layihə və smeta sənədləri hazırlanıb Sifarişiyə təqdim edilir.
ACG MMC tərəfindən dəmir yol xətlərinin yenidənqurulması üçün iqtisadi əsaslandırma layihələri keyfiyyətlə həyata keçirilir. Layihə zamanı yol boyu torpaq yatağı, sünii qurğular, yol təsərrüfatı, kontakt şəbəkə, rabitə və işarəvermə qurğuları analiz edilir və uyğun təkliflər təqdim olunur. Müqayisəli hesabatlar aparılır və yekun nəticə əsaslandırılmş şəkildə təqdim olunur.
Layihə işləri həyata keçirildiyi zaman aidiyyəti orqanlarla mütəmadi əlaqə və məsləhətləşmələr aparılır. Görüləcək işlər barəsində qanunauyğun şəkildə məlumat verilərək razılıq məktubları əldə edilir. Kommunikasiya xətləri və digər elementlər üzrə işlər aidiyyəti orqanların nümayəndələri ilə birlikdə həyata keçirilir.