Şirkət haqqında

ACG MMC haqqında


...

2003-cü ildən fəaliyyət göstərir.

Şirkət 2003-cü ildə V.M.V MMC kimi yaradılmış və 23.06.2016-cı il tarixindən Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı Baş İdarəsinin Bakı şəhəri Vergilər Departamenti nəzdində ACG MMC adı altında fəaliyyətini davam etdirməkdədir. Şirkətin son on beş ildə təklif etdiyi xidmətlər sırasına tədqiqatlar və araşdırmalar, ekoloji və ətraf mühitin qiymətləndirilməsi və monitorinqi, iqtisadi və mühəndislik təcrübələri, xərclər və iş həcmləri üzrə hesablamalar, eləcə də texniki-iqtisadi əsaslandırma, ilkin və yekun layihələndirmə işləri daxildir. ACG şirkətinin Azərbaycan hakimiyyət qurumları (xüsusən Nəqliyyat Nazirliyi, Azəryolservis və Ekologiya və Təbii Sərvətlərin Mühafizəsi Nazirliyi), Azərbaycanın elmi ictimaiyyəti və Qeyri-Hökumət Təşkilatları ilə sıx əməkdaşlıq əlaqələri mövcuddur. ACG komandası hazırda 20 tam ştatlı işçi heyətindən və geniş spektrli xidmətlər göstərmək üçün birgə fəaliyyət göstərən 25 mühəndis, memar, cizgiçi və ətraf mühit üzrə ekspertlərdən ibarətdir. ACG şirkəti Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi beynəlxalq maliyyə institutları tərəfindən maliyyələşdirilən layihələrdə, habelə Hökumət tərəfindən maliyyələşdirilən layihələrdə məsləhətçi xidmətləri və texniki yardım göstərmişdir.

...

Layihəniz üçün ən yaxşı mühəndislik həlli axtarırsınız?

Choose Color