HAZIRDA BAŞA ÇATMIŞ LAYİHƏLƏR

İcra edilmiş
layihələr


Ən yaxşı həllər ilə həyata keçirilən layihələr

Layihənin adı:

Alabaşlı-Quşçu dəmir yolu xəttinin əsaslı təmiri və istismara verilməsi üçün konseptual hesabatın hazırlanması

Başlama tarixi:

Avqust 2021

Bitmə tarixi:

Sentyabr 2021

Əsas işlərin qısa təsviri:

  • Dəmir yolu relslərinin cari vəziyyətinin vizual yoxlanması;
  • Qurğuların cari vəziyyətinin vizual yoxlanması;
  • Stansiyalarda yan yolların cari vəziyyətinin vizual yoxlanması;
  • Kontakt şəbəkənin və enerji təchizatının vizual təftişi;
  • İşarəvermə və rabitə bölmələrinin vizual yoxlanması;
  • Torpaq eroziyası, yamacın çökməsi, sürüşmə, digər geoloji təhlükələr və seysmik risklər kimi potensial kritik sahələrin vizual yoxlama ilə müəyyən edilməsi;

Layihənin qısa təsviri:

“ACG” MMC-nin daha bir layihəsi – Daşkəsən rayonu ərazisində Alabaşlı-Quşçu dəmir yolu xəttinin yenidən qurulmasının iqtisadi əsaslandırması layihəsi keyfiyyətlə başa çatdırılmışdır. Layihə zamanı yol boyu torpaq yatağı, süni qurğular, yol infrastrukturu, kontakt şəbəkəsi, rabitə və işarəvermə cihazları təhlil edilmiş və müvafiq təkliflər verilmişdir. Müqayisəli hesabatlar nəticəsində yekun nəticə əsaslandırılmış şəkildə təqdim olunmuşdur.


description of image 1 description of image 1

Layihənin adı:

Şimal-Cənub Dəmir Yolu Dəhlizində Qasımlıdan Astaraya qədər olan (təq. 60 km) hissəsinin tikintisi üçün yeni yol oxunun seçilməsi və seçilmiş yol oxu üzrə ilkin və müfəssəl layihənin, kontakt şəbəkənin və dartı yarimstansiyalarının, işarəvermə və rabitə sisteminin yenilənməsi üzrə konseptual layihənin hazırlanması; Ələt-Osmanlı-Liman hissəsində mövcud dəmir yolunun üst konstruksiyasının bərpası və ekspertizası üçün ilkin və işçi layihələndirmə işləri

Başlama tarixi:

May 2018

Bitmə tarixi:

May 2019

Əsas işlərin qısa təsviri:

  • Qasımlı-Astara hissəsinin tikintisi üçün yeni yol oxunun seçilməsi
  • İşarəvermə və Rabitə Sistemlərinin Təkmilləşdirilməsi üçün Konseptual Layihə
  • Kontakt Şəbəkə və Dartı Elektrik Yarımstansiyaları
  • İlkin və İşçi Layihə
  • Ələt-Osmanlı-Limanda Mövcud Dəmir Yolunda Üst Konstruksiyanın Yoxlanılması

Layihənin qısa təsviri:

Layihənin məqsədi Azərbaycanda dəmir yolu xidmətlərinin, eləcə də “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) rəqabət qabiliyyətini, maliyyə dayanıqlığını, əməliyyat və xərclərin səmərəliliyini və xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizi (Ələt-Astara hissəsi) boyunca hərəkətin buraxma qabiliyyətini təkmilləşdirməkdir.

ACG MMC tərəfindən Şimal-Cənub dəmir yolu layihəsinin bir hissəsi olan Ələt-Astara dəmir yolunun layihə smeta sənədləri işlənib hazırlanmışdır. Layihə çərivəsində mühəndis axtarış işləri, alternativlərin müqayisəsi və yeni yol oxunun seçilməsi, iqtisadi əsaslandırma hesabatı, ərazinin topoqrfiyası və geologiya işləinin aparılması, ətraf mühitin mühafizəsi, sosial və köçürmələr üzrə hesabatın hazırlanması, süni qurğuların layihələndirilməsi və digər layihə və smeta sənədləri yüsək keyfiyyətlə işlənib hazırlanmışdır.


description of image 1

Layihənin adı:

Yalama-Sumqayıt dəhlizi boyunca yolun bərpası üçün mühəndislik və tikintiyə nəzarət üzrə məsləhətçi xidmətləri

Başlama tarixi:

Oktyabr 2019

Bitmə tarixi:

Davam edir

Əsas işlərin qısa təsviri:

  • Layihənin İcrasına Dəstək Komponenti;
  • İnstitusional Bacarıqların İnkişafı Komponenti;
  • Vəsaitlərin Ödənilməsində Uyğunluğun Təkmilləşdirilməsi
  • Bura aşağıdakı işləri daxildir:
  • which includes in detail the following activities:
    • Tapşırıq 1: Layihənin nəzərdən keçirilməsi;
    • Tapşırıq 2: Tikintinin idarə edilməsi;
    • Tapşırıq 3: İnformasiya, Təlim və Kommunikasiya;
    • Tapşırıq 4: İnstitusional İnkişaf və Bacarıqlar/Təcrübə Transferi;
    • Tapşırıq 5: Vəsaitlərin ödənilməsi şərtlərinə uyğunluq.

Layihənin qısa təsviri:

Layihənin məqsədi Azərbaycanda dəmir yolu xidmətlərinin, eləcə də “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) rəqabət qabiliyyətini, maliyyə dayanıqlığını, əməliyyat və xərclərin səmərəliliyini və xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizində (Yalama-Sumqayıt hissəsi) hərəkətin buraxma qabiliyyətini yaxşılaşdırmaqdır.

Layihənin tikinti işləri üzrə komponenti aşağıdakılardan ibarət iki Lot şəklində satın alınacaqdır:

  • a) Lot 1 - 82,8 km uzunluqda Sumqayıt Stansiyasından (Km 2621 +000) Gil-Gil-Çay Stansiyasınadək (Km 2538+200) ballast relsli üst konstruksiyalı elektrikləşdirilmiş ikixətli dəmir yolu
  • b) Lot 2 - 83,7 km uzunluqda Gil-Gil Çay Stansiyasından (Km 2538+200) Yalamada Rusiya sərhəddinədək (Km 2454+500) ballast relsli üst konstruksiyalı elektrikləşdirilmiş ikixətli dəmir yolu

description of image 1 description of image 1

Layihənin adı:

Şimal-Cənub dəmir yolu dəhlizinin Biləcəri-Yalama (km 192) hissəsinin dartı yarımstansiyalarına, kontakt şəbəkəyə, işarəvermə və rabitə sistemlərində sabit cərəyanın dəyişən cərəyana dəyişdirilməsi işlərinin təkmilləşdirilməsində tikintiyə nəzarət

Başlama tarixi:

May 2018

Bitmə tarixi:

May 2021

Əsas işlərin qısa təsviri:

  • Elektrik təchizatı sisteminin dəyişən cərəyana dəyişdirilməsi
  • Rabitə və işarəvermə sisteminin təkmilləşdirilməsi

Layihənin qısa təsviri:

Layihənin əsas məqsədi Azərbaycanda dəmir yolu xidmətlərinin təkmilləşdirilməsi və ADY-nin rəqabət qabiliyyətini, maliyyə dayanıqlığını və əməliyyat-iqtisadi effektivliyini və potensialını gücləndirməkdir.

Layihə aşağıdakı işləri əhatə edir:

  • Elektrik təchizatı sisteminin dəyişən cərəyana dəyişdirilməsi
  • Rabitə və işarəvermə sisteminin təkmilləşdirilməsi

Hər iki element dəmir yolu dəhlizinin Biləcəri-Yalama hissəsini (Km 192) əhatə edir.


description of image 1

Layihənin adı:

Şimal-Cənub dəmir yolu dəhlizinin biləcəri-yalama (km 192) hissəsinin dartı yarımstansiyalarında, kontakt şəbəkədə, işarəvermə və rabitə sistemlərində sabit cərəyanın dəyişən cərəyana dəyişdirilməsi işlərinin təkmilləşdirilməsi üzrə konseptual layihənin və müvafiq sənədlərin hazırlanması

Başlama tarixi:

May 2018

Bitmə tarixi:

Dekabr 2021

Əsas işlərin qısa təsviri:

  • Konseptual Layihə və Müvafiq Sənədlər
  • Dartı yarımstansiyalarının təkmilləşdirilməsi işləri
  • Kontakt Şəbəkə
  • Siqnalizasiya və Rabitə Sistemləri
  • Dartı sistemində sabit cərəyanın dəyişən cərəyana dəyişdirilməsi


description of image 1

Layihənin adı:

Biləcəri və Gəncədə lokomotivlərə texniki xidmət göstərilməsi üçün iki deponun tikintisi layihəsi

Başlama tarixi:

Dekabr 2017

Bitmə tarixi:

Dekabr 2021

Layihənin qısa təsviri:

Azərbaycan Hökuməti ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti dəmir yolu xidmətlərinin yaxşılaşdırılması, eləcə də ADY-nin rəqabət qabiliyyətini, maliyyə dayanıqlığını, əməliyyat və xərclərin səmərəliliyini və onun maksimal yüklənməsini artırmaq üçün Azərbaycanın şərq-qərb dəmir yolu dəhlizi boyunca dəmir yolu infrastrukturunun və əlaqəli komponentlərin təkmilləşdirilməsi ilə bağlı dəqiq öhdəliklər götürmüşdür. Öhdəliklər müxtəlif beynəlxalq maliyyə institutlarının, eləcə də kommersiya banklarının maliyyələşdirilməsi ilə müxtəlif investisiya proqramları çərçivəsində həyata keçirilir.

Azərbaycanın Gəncə və Bakı şəhərlərində lokomotiv depolar tikiləcəkdir. Bu anbarların olmasında məqsəd Fransanın Alstom şəhərindən alınacaq AC AZ8A və ikigərginlikli AZ4A elektrovozlarının təmirini və texniki xidmətini təmin etməkdir. Bu əsas fəaliyyət həmçinin depolar üçün tələb olunan avadanlığın təchizatını da əhatə etməlidir.


description of image 1 description of image 1

Layihənin adı:

Azərbaycan üçün avtomobil yollarının vəziyyəti və inventar məlumatların toplanması

Başlama tarixi:

Sentyabr 2017

Bitmə tarixi:

Mart 2019

Layihənin qısa təsviri:

Azərbaycan hökuməti Azərbaycanda avtomobil yolları şəbəkəsinin yaxşılaşdırılmasına və yol istismarının yenidən qurulmasına yönəlmiş iddialı yol proqramını həyata keçirir. Dünya Bankı Üçüncü Magistral Yol Layihəsi vasitəsilə avtomobil yollarının tikintisi, institusional gücləndirilməsi və şəbəkə idarəetmə təcrübələrinin modernləşdirilməsini birgə maliyyələşdirməklə yol proqramını dəstəkləyir.

Bu layihənin ümumi məqsədi toplanmış məlumatların və analitik vasitələrin ən azı aşağıdakı işlər üçün istifadəsini təmin etməkdir:

  • a) “Azəravtoyol” ASC və digər maraqlı tərəflər üçün qərarların hazırlanmasına və şəbəkənin planlaşdırılmasına kömək etmək üçün hesabatların hazırlanması;
  • b) davam edən və gələcək texniki-iqtisadi əsaslandırmalar, yol layihələri və digər layihə və şəbəkə səviyyəli təhlillər üçün etibarlı məlumatın təmin edilməs;
  • c) Orta təmir işlərinin planlaşdırılmasının dəstəklənməsi;
  • d) Xidmət səviyyəsində müqavilələrdən istifadə etməklə cari təmir işlərinin idarə edilməsinə dəstək.

description of image 1

Layihənin adı:

Biləcəri və Gəncədə qruntun ilkin tədqiqi və ərazinin xüsusiyyəti, Biləcəri və Gəncə depolarında torpaq sahələrin topoqrafik plana alınması

Başlama tarixi:

İyun 2016

Bitmə tarixi:

Oktyabr 2016

Layihənin qısa təsviri:

Məsləhətçi müəyyən edilmiş torpaq sahələrində tapşırıqlar yerinə yetirməlidir. Bu torpaq sahələri Biləcəri və Gəncə şəhərində mövcud Təmir Emalatxanaları Obyektlərinin daxilində yerləşir. Biləcəridə gələcək emalatxanaların yerləşəcəyi sahənin genişləndirilməsi təxminən 23000 m2 ərazini əhatə edir. Biləcəridə gələcək emalatxanaların yerləşəcəyi sahənin genişləndirilməsi təxminən 23000 m2 ərazini əhatə edəcəkdir. Bu, mövcud obyektlərin bir hissəsini əhatə edir. Bu ərazidə sökülməli olan köhnə tikililər və qurğular mövcuddur.

Biləcəri üçün yeni emalatxanaların yerləşəcəyi sahənin orta səviyyəsi dənizdən təxminən 36,60 m yüksəklikdədir, lakin təxminən 3,51 m səviyyə fərqləri mövcuddur. Biləcəri dəmir yolu lokomotivlərinin gələcək emalatxanaları üfüqi müstəvidə tikilməlidir, bu səbəbdən də torpaq daşıma işləri (təxminən 46000 m3) gözlənilir.

Gəncə üçün yeni emalatxanaların yerləşəcəyi sahənin orta səviyyəsi dənizdən təxminən 346 m hündürlükdədir. Mövcud obyektlər üfüqi sahəyə yerləşdirilmişdir. Tamamlanması planlaşdırılan torpaq işləri hələ də kifayət qədər çoxdur; onlar əsasən yeni yeraltı şəbəkələr və ya yeni tikili özülləri üçün sahə qazıntıları ilə əlaqədar olacaqdır.


description of image 1

Layihənin adı:

Uzunluğu 600 km olan Bakı-Böyük Kəsik dəmir yolunun dayaq yerlərinin müəyyənləşdirilməsi və yerləşdirilməsi

Başlama tarixi:

Dekabr 2016

Bitmə tarixi:

Oktyabr 2018

Əsas işlərin qısa təsviri:

  • Yeni tədqiqat stansiyalarının yerlərinin müəyyən edilməsi və onların arasında görünmə və yerləşmənin təhlili
  • Yeni geodeziya stansiyalarının təchizatı və quraşdırılması
  • Nivelirləmə (dövlət geodeziya nəzarət məntəqələrinin axtarışı, onlardan keçidlərin qəbul edilməsi və yeni idarəetmə məntəqələrinin hündürlüyünün təyin edilməsi)
  • Yeni piket nişanlarının təchizatı, müəyyən edilməsi, quraşdırılması və yığılması
  • Mövcud kilometr nişanlarının sökülməsi, yeni yerlərin müəyyən edilməsi və quraşdırılması
  • Dairəvi əyrilərin başlanğıcını və sonunu göstərən beton dirəklərin təminatı, quraşdırılması və məlumatların yazılması.


description of image 1 description of image 1

Layihənin adı:

SCPX Ekoloji Sosial Monitorinq Xidmətləri

Başlama tarixi:

Niyabr 2014

Bitmə tarixi:

Dekabr 2019

Əsas işlərin qısa təsviri:

  • Ekoloji İdarəetmə və Tətbiqetmə
  • Azərbaycan və Gürcüstanda plan
  • Tikintidən əvvəl ətraf mühit və sosial ilkin tədqiqatlar və qiymətləndirmə
  • Ekoloji və Sosial Monitorinq
  • Tikintidən əvvəl və tikinti zamanı ekoloji xidmətlər
  • Tikinti mərhələsində ətraf mühit və sosial monitorinqin həyata keçirilməsi
  • Sosial-iqtisadi sorğular və təhlillər
  • Texniki məsləhət xidmətlərinin göstərilməsi

Layihənin qısa təsviri:

Mövcud SCP sistemi Şahdəniz qazını Xəzər dənizinə yaxın olan Səngəçal terminalından Qafqaz vasitəsilə Gürcüstan/Türkiyə sərhədinə ixrac edir. Onun layihə gücü 90 bar maksimum iş təzyiqində 7,4 milyard kubmetr ixrac sürətinə xidmət edir. Dənizdə su anbarının və hasilat müəssisələrinin gələcək inkişafını nəzərdə tutan Şahdəniz 2 Layihəsi nəticəsində SCP sisteminin gücünün artırılması tələbi yaranır. Əlaqədar Şirkətin layihəsi Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) kimi tanınır və məqsədi yeni boru kəməri “yollarının” və kompressor qurğuların əlavə edilməsi yolu ilə SCP sisteminin gücünü təxminən 16 milyard kubmetr artırmaqdır. Müqavilə çərçivəsində görülən işlər həm Azərbaycanda, həm də Gürcüstanda Layihə ilə bağlıdır.


description of image 1 description of image 1

Layihənin adı:

Km 31+000-dən km 54+410-dək Ələt-Astara avtomobil yolunun tikintisi üçün Ümumi Tikinti İşlərinə dair Müqavilələrdə Tikintiyə Nəzarət

Başlama tarixi:

May 2014

Bitmə tarixi:

May 2016

Əsas işlərin qısa təsviri:

  • Layihə və Müqavilə Sənədlərinin nəzərdən keçirilməsi
  • Tikintidən əvvəlki işlər
  • Tikinti Müqavilələrinin İdarə Edilməsi
  • Proqramların, Tikinti Texnikalarının və Materialların Təsdiqi
  • İşlərə Nəzarət
  • Hissə 1C üçün işlərə aşağıdakılar daxildir:
  • 4 zolaqlı yolun yeni tikintisinin başa çatdırılması;
  • 2 yeni körpünün (60m & 84m) və 1 yol tunelinin tikintisi;
  • 12 3,5 m x 3,5 m ölçülü yeraltı keçid və 6 m x 4,5 m ölçülü 2 yeraltı keçid;
  • Drenaj işləri (dairəvi və düzbucaqlı suötürücülər, drenaj kanallarının dəyişdirilməsi ilə); 101 suötürücü (dairəvi və düzbucaqlı suötürücülər)
  • 1 yolkəsişməsi (müxtəlif səviyyəli);
  • Mövcud M3 avtomobil yoluna qoşulma;
  • Yol avadanlığının və nişanların quraşdırılması
  • İşlərin icrası zamanı texniki yardım
  • Mühəndisin İş Proqramına dair Hesabat
  • Aylıq Tərəqqi Hesabatları
  • Variasiyalar və Podratçıların İddiaları
  • Açılışdan əvvəl Təhlükəsizlik Auditi
  • Tikintidən sonrakı işlər
  • Ekoloji, sosial və HSS Monitorinqi
  • Seminarlar / Təlimlər


description of image 1

Layihənin adı:

Ələt-Astara avtomobil yolunda km 55+800-dən km 80+600-dək olan hissənin tikintisi üçün tikinti müqavilələrindəki tikintiyə nəzarət

Başlama tarixi:

May 2014

Bitmə tarixi:

May 2016

Əsas işlərin qısa təsviri:

FIDIC Müqavilə Şərtlərinə uyğun olaraq Mühəndis kimi Tikintiyə Nəzarət Xidmətləri, o cümlədən:

  • Layihə və Müqavilə Sənədlərinin nəzərdən keçirilməsi
  • Tikintidən əvvəlki işlər
  • Tikinti Müqavilələrinin İdarə Edilməsi
  • Proqramların, Tikinti Texnologiyalarının və Materialların Təsdiqi
  • İşlərə Nəzarət
  • Hissə 2 üzrə işlər aşağıdakılardan ibarətdir:
  • 4 zolaqlı yolun yeni tikintisinin başa çatdırılması;
  • 4 yeni körpünün, o cümlədən 1 yeraltı yol keçidin tikintisi;
  • İşarələr;
  • Biri istirahət zonası və bir yanacaqdoldurma məntəqəsi olan iki dayanacaq sahəsinin abadlaşdırılması.
  • 3,5 m x 3,5 m ölçüdə 5 yeraltı keçid;
  • Drenaj işləri (drenaj kanallarının yerinin dəyişdirilməsi ilə 80 dairəvi və 9 düzbucaqlı suötürücü);
  • 2 müxtəlif səviyyəli qovşaqlar; Yol avadanlığının quraşdırılması
  • İşlərin icrası zamanı texniki yardım
  • Mühəndisin İş Proqramı Hesabatı
  • Aylıq Tərəqqi Hesabatları
  • Dəyişiklər və Podratçıların İddiaları
  • Açılışdan əvvəl Təhlükəsizlik Auditi
  • Tikintidən sonrakı işlər
  • Ekoloji, sosial və HSS Monitorinqi
  • Seminarlar / Təlimlər


description of image 1

Layihənin adı:

Regional Yollar üçün müfəssəl layihələndirmənin, sosial və ekoloji hesabatların və tender sənədlərin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması – Hissə B

  • R42, Bəhrəmtəpə – Biləsuvar avtomobil yolu (74km);
  • R9, Qaraməryəm-İsmayıllı yol hissəsi (27km);
  • R10, Qaraməryəm-Mususlu (22km);
  • R19, Gəncə (M2 birləşməsi) - Toğana (36km)

Başlama tarixi:

Noyabr 2014

Bitmə tarixi:

Oktyabr 2016

Əsas işlərin qısa təsviri:

  • Texniki-iqtisadi əsaslandırma
  • İlkin və ətraflı layihələndirmə
  • Yol Təhlükəsizliyi Auditləri
  • Tender sənədləri
  • Satınalma işlərinə yardım
  • Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi
  • Köçürülmə Planı


description of image 1 description of image 1

Layihənin adı:

R45 Şirvan-Noxudlu-Salyan və R46 Salyan-Neftcala regional yolların və əlaqədar birləşdirici yerli yolların bərpası üçün texniki-iqtisadi əsaslandırma, ətraflı layihələndirmə və tender sənədlərin hazırlanması

  • 41 km uzunluğunda R45 Şirvan-Noxudlu-Salyan yolu
  • 43 km uzunluğunda R46 Salyan-Neftçala yolu və
  • yuxarıdakı R45 və R46 yollarına birləşən təqribən 100 km uzunluqda yerli yollar

Başlama tarixi:

Aprel 2014

Bitmə tarixi:

Noyabr 2016

Əsas işlərin qısa təsviri:

  • Texniki-iqtisadi əsaslandırma
  • İlkin və ətraflı layihələndirmə
  • Yol Təhlükəsizliyi Auditləri
  • Tender sənədləri
  • Satınalma işlərinə yardım
  • Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi
  • Köçürülmə Planı


description of image 1 description of image 1

Layihənin adı:

Ələt-Masallı avtomobil yolu layihəsi üçün KÜR KÖRPÜSÜNÜN Tikintisinə Nəzarət, M-3 (piket 54+824 - 55+187)

Başlama tarixi:

Avqust 2014

Bitmə tarixi:

Dekabr 2016

Körpüyə dair əsas texniki məlumatlar:

Körpünün Növü: 3 korpuslu düzbucaqlı monolit tir
Körpünün uzunluğu: 351,08 m (maillik qanadının ucundan maillik qanadının sonuna qədər - 362,92 m)
Aşırım uzunluqları: 50+50+151,08+50+50;
Aşırım eni: 29,74 m
Özülün növü: Polad Silindr Svaylar
Digər Xüsusiyyətlər: Körpünün Orta Aşırımında Polad Arkalı tir
Yolun eni: 4 zolaqlı magistral yol
Digər Xüsusiyyətlər: Körpünün Orta Aşırımında Polad Arkalı tir
Yolun eni: 4 zolaqlı magistral yol

Əsas işlərin qısa təsviri:

  • Layihə və Müqavilə Sənədlərinin nəzərdən keçirilməsi
  • Tikintidən əvvəlki işlər
  • Tikinti Müqavilələrinin İdarə Edilməsi
  • Proqramların, tikinti metodlarının və materialların təsdiqi
  • İşlərə Nəzarət
  • İşlərin icrası zamanı texniki yardım
  • Mühəndisin İş Proqramı Hesabatı
  • Aylıq Tərəqqi Hesabatları
  • Variasiyalar və Podratçıların Tələbləri
  • Tikintidən sonrakı işlər


description of image 1

Layihənin adı:

Ələt-Astara avtomobil yolunun, Masallı-Cəlilabad kəsişməsinin tikintisinə nəzarət (km142+890-dan 110+700)

Başlama tarixi:

Yanvar 2014

Bitmə tarixi:

İyul 2018

Əsas işlərin qısa təsviri:

  • Layihə və Müqavilə Sənədlərinin nəzərdən keçirilməsi
  • Tikintidən əvvəlki işlər
  • Tikinti Müqavilələrinin İdarə Edilməsi
  • Proqramların, Tikinti Texnikasının və Materialların Təsdiqi
  • İşlərə Nəzarət
  • İşlərin icrası zamanı texniki yardım
  • Mühəndisin İş Proqramı Hesabatı
  • Aylıq Tərəqqi Hesabatları
  • Variasiyalar və Podratçıların İddiaları
  • Açılışdan əvvəl Təhlükəsizlik Auditi
  • Tikintidən sonrakı işlər
  • Ətraf mühit, sosial və HSS Monitorinqi
  • Seminarlar / Təlimlər


description of image 1

Layihənin adı:

Gəncə regionunda dörd körpünün texniki-iqtisadi əsaslandırılması

  • Körpü № 1 (R-24 Ağstafa-Poylu-Sadiqli avtomobil yolu, km 2):
    Ümumi uzunluq: 21.80 m;
    Aşırımın uzunluğu: 21.80 m
    Material: Beton;
    Tikinti müddəti: 1.5 il
  • Körpü № 2 (R-24 Poylu-Sadiqli avtomobil yolu, km 17):
    Ümumi uzunluq: 170.0 m;
    Aşırımın uzunluğu: 42.4 + 85 + 42.5 m
    Material: Yığma beton;
    Tikinti müddəti: 2 il
  • Körpü № 3 (R-24 Poylu-Sadiqli-Gürcüstan avtomobil yolu, km 29.5):
    Ümumi uzunluq: 54.0 m;
    Aşırımın uzunluğu: 18+18+18 m
    Material: Beton;
    Tikinti müddəti: 1.5 il
  • Körpü № 4 (Y-05-08 Poylu-Duzqışlaq-Qazax avtomobil yolu, km 0.1):
    Ümumi uzunluq: 72.0 m;
    Aşırımın uzunluğu: 24+24+27 m
    Material: Beton;
    Tikinti müddəti : 1.5 il

Başlama tarixi:

Avqust 2013

Bitmə tarixi:

Dekabr 2013

Əsas işlərin qısa təsviri:

  • İqtisadi və ekoloji təhlil və nəqliyyatın təhlili daxil olmaqla, texniki-iqtisadi əsaslandırma və Konseptual Layihənin yerinə yetirilməsi;
  • Layihələndirilən işlərin və əgər varsa, hazır layihələrin təsirinə məruz qalan bütün mövcud və planlaşdırılan kommunal xidmətlərin müəyyən edilməsi
  • Tələb olunan geotexniki və topoqrafik tədqiqatları daxil etmək üçün tikinti işlərinin konseptual layihəsinin hazırlanması;
  • Tələb olunarsa, konseptual layihə həyata keçirildiyi təqdirdə, yoxlama işi, potensial torpaq əldə etmək və digər köçürülmə işlərinin müəyyən edilməsi;
  • Ətraf Mühitin İdarəolunmasına dair Planın hazırlanması;
  • FIDIC Sarı Kitabına uyğun olaraq “Layihələndirmə-və-Tikinti” müqaviləsi/müqavilələrinin satın alınması üçün uyğun olan Sifarişçinin Tələbləri və Tender Sənədləri hazırlanması


description of image 1 description of image 1 description of image 1 description of image 1

Layihənin adı:

Əsgərabad-Muğan-Çaylı avtomobil yolunun layihələndirilməsi

Başlama tarixi:

Sentyabr 2013

Bitmə tarixi:

Sentyabr 2014

Əsas işlərin qısa təsviri:

Azərbaycan Standartlarına əlavə olaraq SNIP və QOST standartlarına əsasən:

  • Alternativ yol oxlarının müəyyən edilməsi və qiymətləndirilməsi
  • Məlumatların toplanması
  • Texniki layihələndirmə və smetanın hazırlanması
  • Yol Təhlükəsizliyi Auditi
  • Tender sənədləri
  • Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi
  • Köçürülmə Planı


description of image 1 description of image 1
description of image 1

Layihənin adı:

Qusar-Ləzə yolunun təkmilləşdirilməsi üçün işçi layihənin hazırlanması

Başlama tarixi:

Mart 2012

Bitmə tarixi:

Dekabr 2012

Əsas işlərin qısa təsviri:

  • Yol oxu alternativlərinin hazırlanması
  • Qiymətləndirmə
  • Şahdağın girişinə qədər yol hissələrinin təkmilləşdirilməsi üçün işçi layihə
  • Dörd zolaqlı standart üçün müraciət
  • İşçi layihə
  • NCB üçün tender sənədləri
  • 340 m uzunluğunda iki zolaqlı tunelin qazma və örtük üsulu ilə tikintisi


description of image 1 description of image 1
description of image 1

Layihənin adı:

Bakı-Şamaxı avtomobil yolu üzrə Ətraf Mühitin Qiymətləndirilməsi və Ətraf Mühitin İdarəedilməsi Planının Hazırlanması

Başlama tarixi:

Oktyabr 2011

Bitmə tarixi:

Dekabr 2012

Layihənin qısa təsviri:

Azərbaycanda Nəqliyyat Nazirliyi Bakı-Şamaxı avtomobil yolunun bütün uzunluğunun 4 hərəkət zolağına qədər təkmilləşdirilməsi imkanlarını nəzərdən keçirir. Hazırda yalnız ilk 13,3 km dörd zolaqlıdır və 45-ci km-ə qədər olan sonrakı hissə hazırda dörd zolağa genişləndirilir. Bundan başqa, Dünya Bankının maliyyələşdirdiyi “Magistral 2” layihəsi çərçivəsində Bakı-Şamaxı yolunun mövcud hərəkət hissəsinin bütün uzunluğu yenidən qurulur. Ətraf mühitin qiymətləndirilməsi məqsədləri üçün layihəyə ekoloji kateqoriya A (Dünya Bankının Əməliyyat Siyasəti OP 4.01 “Ətraf Mühitin Qiymətləndirilməsi”) verilmişdir. Bütün yol üçün Ətraf Mühitin Regional Baxışı və Ətraf Mühitin İdarə Edilməsi Çərçivəsi hazırlanmış və yolun ilk 30 km hissəsi (km 15-dən 45-ə qədər) üçün Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi və İdarəetmə Planı hazırlanmışdır. Hazırda “AzərYolServis” yolun 45-ci km-dən 105-ə qədər qalan hissəsi üçün Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi və İdarəetmə Planının hazırlanması üçün məsləhət xidmətlərini cəlb etmək istəyir. Tapşırıq çərçivəsində əməkdaşlarımız tərəfindən göstərilən xidmətlərin təsviri: Magistral yolun bu hissəsi Bankın OP/BP 4.01 Ətraf Mühitin Qiymətləndirilməsinə əsasən ətraf mühitin qiymətləndirilməsi məqsədləri üçün A kateqoriyalı layihə kimi təsnif edilmişdir. Buna görə də, bu marşrut üçün ətraf mühitin qiymətləndirilməsi və idarəetmə planı hazırlanmalı və maraqlı tərəflərdən şərhlər alınmalı və yekun hesabata daxil edilməlidir. Firmamız ƏMTQ hesabatına daxil edilməli olan yol hissəsinin tikintisi və Ətraf Mühitin İdarəetmə Planı (ƏMİP) ilə bağlı ətraf mühitə təsirlər və idarəetməni əhatə edən Ətraf Mühitə Təsirin Qiymətləndirilməsinin (ƏMTQ) hazırlanmasına cavabdeh olmalıdır.


description of image 1

Layihənin adı:

Bakı Şamaxı avtomobil yolunun 4 zolaqlı hissəsinin km 15-45 hissəsinin tikintisinə nəzarət, Azərbaycan avtomobil yolları – III layihə

Başlama tarixi:

Sentyabr 2011

Bitmə tarixi:

Mart 2013

Əsas işlərin qısa təsviri:

  • Layihə və müqavilə sənədlərinin nəzərdən keçirilməsi
  • Tikinti işləri üzrə müqavilələrin idarə edilməsi
  • Proqramların təsdiqi, tikinti
  • Texnika və materiallar
  • İşlərə nəzarət
  • Aylıq Tərəqqi Hesabatları
  • Layihənin nəzərdən keçirilməsi
  • İşlərin icrası zamanı texniki yardım
  • Mühəndisin İş Proqramı Hesabatı
  • Variasiyalar və Podratçıların Tələbləri
  • Açılışdan əvvəl Təhlükəsizlik Auditi
  • DNP zamanı tikintidən sonrakı işlər
  • Ekoloji, sosial və HSS Monitorinqi
  • Seminarlar / Təlimlər


description of image 1
description of image 1

Layihəniz üçün ən yaxşı mühəndislik həlli axtarırsınız?

Choose Color